İclasa gəlməyən deputatlar mandatdan məhrum edildi
31 oktyabr 2023 13:54 (UTC +04:00)

İclasa gəlməyən deputatlar mandatdan məhrum edildi

0

Dövlət Dumasının Etika Komissiyası LDPR-dən seçilmiş Vasili Vlasovun və Ədalətli Rusiya - Həqiqət naminə partiyasından seçilən Vadim Belousovun deputat mandatlarından məhrum edilməsi üçün əsaslar tapıb.

Lent.az xəbər verir ki, bu barədə TASS parlamentin aşağı palatasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, deputatların üzv olduqları komissiyaların iclaslarını buraxdıqlarına görə səlahiyyətlərinin dayandırıla biləcəyi barədə məlumatlar yayılıb. Oktyabrın 30-da Dövlət Dumasının şurasında aşağı palata sədri Vyaçeslav Volodinin təşəbbüsü ilə hər iki parlamentarinin səlahiyyətlərindən mümkün məhrumetmə məsələsi müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3589

Oxşar yazılar