Orada  doğulmaq və ölmək  qadağandır - Dünyanın ən qəribə yeri
21 may 2026 20:15 (UTC +04:00)

Orada doğulmaq və ölmək qadağandır - Dünyanın ən qəribə yeri

0

Norveçin Svalbard adası dünyanın ən maraqlı və qeyri-adi yaşayış məntəqələrindən biri hesab olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu adada ölmək də doğmaq qadağan olunub.

Kuzeyin Sessiz Nöbetçisi: Svalbard - TurizmVizyon %

Svalbardda qış aylarında təxminən 4 ay Günəş, ümumiyyətlə, çıxmır. Bu dövr qütb gecəsi adlanır. Yayda isə əksinə, təxminən 4 ay ərzində Günəş batmır və gecə belə hava işıqlı qalır.

Adada yaşayan insanların sayı azdır və burada əsas yaşayış məntəqəsi Lonqyearbyen şəhəridir. Maraqlıdır ki, burada müxtəlif ölkələrdən insanlar yaşayır və işləyirlər. Svalbard xüsusi statusa malik olduğuna görə dünyanın bir çox ölkəsinin vətəndaşı burada yaşamaq və işləmək hüququ əldə edə bilir.

Svalbard dünyanın ən böyük Qlobal Toxum Anbarı ilə də məşhurdur. Bu xüsusi mərkəzdə dünyanın müxtəlif ölkələrindən gətirilən milyonlarla bitki toxumu saxlanılır. Məqsəd gələcəkdə mümkün qlobal fəlakətlər zamanı kənd təsərrüfatı ehtiyatlarını qorumaqdır.

Longyearbyen - General Information | Svalbard Adventures

Adada qütb ayıları insanların sayından daha çox hesab olunur. Buna görə də yaşayış məntəqələrindən kənara çıxan şəxslərin təhlükəsizlik üçün silah gəzdirməsi adi hal sayılır. Yerli qaydalara görə, qütb ayısından qorunmaq üçün hazırlıqsız şəhərdən uzağa getmək məsləhət görülmür.

Maraqlı faktlardan biri də budur ki, burada ölmək qadağan olunub. Çünki daimi donmuş torpaq səbəbindən cəsədlər torpaqda parçalanmır. Bu səbəbdən ağır xəstələr adətən Norveçin materik hissəsinə göndərilir.

Svalbard adasında doğulmaq rəsmi olaraq qadağan edilməsə də, amma praktik olaraq doğuşlar çox nadir hallarda baş verir. Bunun əsas səbəbi adada tam təchizatlı doğum xəstəxanasının olmamasıdır.

Svalbardın əsas yaşayış məntəqəsi olan Longyearbyen şəhərində kiçik xəstəxana fəaliyyət göstərsə də, mürəkkəb tibbi xidmətlər və doğuş üçün kifayət qədər imkan yoxdur. Buna görə də hamilə qadınlar adətən doğuş tarixindən bir neçə həftə əvvəl Norveçin materik hissəsinə göndərilir.

Maraqlıdır ki, Svalbardda həm doğum, həm də ölüm halları çox az olur. Buna görə ada daha çox müvəqqəti yaşayan işçilər, alimlər və tədqiqatçılar üçün uyğun məkan hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar