Aeroport yolu bu gecə səhərədək BAĞLI OLACAQ
20 fevral 2026 10:15 (UTC +04:00)

Aeroport yolu bu gecə səhərədək BAĞLI OLACAQ

0

Fevralın 21-də paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, məhdudiyyət fevralın 21-də saat 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.

Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar