VHP-nin ikinci adamı Milli Şuradan çıxarıldı
04 noyabr 2015 10:21 (UTC +04:00)

VHP-nin ikinci adamı Milli Şuradan çıxarıldı

0

 

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Milli Şuradan çıxarılıb.

 

Lent.az-ın məlumatına görə, Milli Şuranın Koordinasiya Şurası noyabrın 1-də keçirilən parlament seçkilərində namizəd olduğu üçün Samir Əsədlinin qurumdan çıxarılması barədə qərar qəbul edib. 

 

Məlumata görə, Milli Şura rəhbərliyi S.Əsədliyə parlament seçkilərində iştirak etməməsini tövsiyə edib. O, isə VHP-nin seçkilərdə iştirak qərarının olduğunu və seçkilərdə iştirak edəcəyini bildirib.

 

Samir Əsədli Lent.az-a açıqlamasında Milli Şuradan çıxarıldığı təsdiqləsə də, bu barədə başqa heç nə deməyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar