Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin istefasını tələb edəcəyi təqdirdə vəzifəsindən getməyə hazır olduğunu bildirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, bu açıqlamanı Yerevanda keçirilən seçki kampaniyası zamanı verib.
"Əgər 700.000 nəfər - bu, seçicilərin 50 faizindən çoxudur - "Nikol, qal" desə, Nikol qalacaq. Əgər insanlar "Nikol, get" desə, Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir", - o bildirib.