Ukrayna ordusu 1700 km məsafədən  Rusiya hərbi müəssisəsini vurub
23 may 2026 15:03 (UTC +04:00)

Ukrayna ordusu 1700 km məsafədən Rusiya hərbi müəssisəsini vurub

0

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada mühüm hərbi müəssisəyə zərbə endirildiyini təsdiqləyib.

Lent.az xəbər verir ki, o, bu barədə Telegram hesabında paylaşım edib.

Zelenski bildirib ki, zərbə endirilən Metafrax Kemikals hərbi müəssisəsi Rusiyanın Perm diyarındadır və sərhəddən məsafə 1700 kilometrdir. Onun sözlərinə görə, müəssisə Rusiya kimya sənayesinin mühüm hissəsidir. Müəssisənin məhsulları onlarla digər Rusiya hərbi istehsalını təmin edir. Bunlara aviasiya texnikası və dronlar, raket mühərrikləri, partlayıcı maddələr daxildir.

Ukrayna prezidenti hazırda müəssisədə istehsal prosesinin dayandığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar