Alimlər itlərin xoşlarına gələn mahnıların ritminə necə uyğunlaşdıqlarını kəşf ediblər.
İtlərin canavar kimi uladığını anlamaq istəyi bir qrup tədqiqatçını itlərin ulama səslərini vəhşi əcdadları ilə eyni şəkildə tənzimləyə bilib-bilmədiklərini araşdırmağa sövq edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu etmək üçün komanda qədim cinslərin sahibləri ilə əlaqə saxlayaraq ev heyvanlarının mahnılara və ya sirenlərə uladığını müəyyən edib.
Tədqiqatın bir hissəsi olaraq, alimlər itlərdə ulamağı xatırladan səsləri qeydə alıblar və onların səs tonunu üç yarım ton yuxarı və aşağı dəyişdiriblər. Daha sonra sahiblər ev heyvanlarının həm orijinal qeydlərə, həm də səs tonunun dəyişdirilmiş versiyalarına reaksiyalarını videoya çəkiblər. İtlər təcrübənin istənilən mərhələsində otaqdan çıxa biliblər.
Tədqiqatda dörd samoyed və iki siba-inusu iştirak edib. Alimlər hər bir ulamağın üç akustik xüsusiyyətini təhlil ediblər: müddəti, orta tezlik və spektral mərkəz - rəqəmsal siqnal emalında səsin "kütlə mərkəzini" və güc mənbəyini təyin etmək üçün istifadə olunan bir metrik.
Bu parametrlərdən istifadə edərək, tədqiqatçılar itlərin səs yazısının tonunda baş verən dəyişikliklərə cavab olaraq ulamalarının tonunu, amplitudasını və ya hər ikisini dəyişdirib-dəyişdirmədiyini qiymətləndiriblər.
Dörd samoyeddən üçü Imagine Dragons qrupunun "Believer", Ledi Qaqa və Bredli Kuperin "Shallow" və Tiësto qrupunun "Grapevine" kimi mahnılarının sədaları altında ulayıb. Bu itlər ulamalarının tonunu dəyişdirsələr də, spektral mərkəz tonunu dəyişdirməyiblər. Dördüncü samoyed olan Alfi, Q. F. Handelin "Let the Bright Seraphim" mahnısına ulayaraq eyni zamanda həm tonunu, həm də spektral mərkəz tonunu dəyişdirib.
Şiba-inu itlərindən heç biri ulama səsinin tonunu dəyişməyib; itlərdən biri sadəcə spektral mərkəzini artırıb. Təcrübələr zamanı nə siba-inu, nə də samoyed itlərində ulama səsinin müddəti dəyişməyib.
Alimlər xüsusi təlim olmadan məməlilərdə çevik səs nəzarətinin inkişaf edə biləcəyini aşkar ediblər. Yeni bir araşdırma göstərir ki, bu qabiliyyət qədim it cinslərində də mövcuddur. Canavarlar kimi, onlar da birlikdə səs çıxararkən ulama səslərinin tonunu dəyişirlər və bu bacarıq bu cinslərdə itirilməyib.