Bakı–Tbilisi qatarının qiymətləri ilə bağlı YENİ AÇIQLAMA
21 may 2026 12:12 (UTC +04:00)

Bakı–Tbilisi qatarının qiymətləri ilə bağlı YENİ AÇIQLAMA

0

Yeni istifadəyə veriləcək qatarlar şirkətinin istehsalı olan müasir vaqonlardır və burada təqdim olunan xidmət sinifləri 2019-cu ilə qədər fəaliyyət göstərən qatarların sinifləri ilə eyni deyil.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

“Bu qiymətləri 2019-cu ildə mövcud olmuş qiymətlərlə müqayisə etmək doğru deyil. Çünki həmin siniflər artıq əvvəlki siniflər deyil. Bunlar daha yüksək komfortlu, daha müasir xidmət təqdim edən vaqonlardır. Köhnə qatarlardakı kupe müəyyən mənada indiki “Komfort”, SV isə “Komfort Plus” ilə müqayisə oluna bilər. Amma həm xidmət, həm də rahatlıq baxımından yeni siniflər əvvəlkilərdən üstündür. Həmçinin son 6 ildə dünyada müşahidə olunan inflyasiya, enerji və yanacaq qiymətlərinin artması, eləcə də beynəlxalq dəmir yolu nəqliyyatında tariflərin yüksəlməsi qiymət formalaşmasına təsir edən əsas amillərdəndir”, – deyə B.Hacıyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 548

Oxşar yazılar