Qurban Qurbanov namizəd oldu
25 fevral 2016 16:09 (UTC +04:00)

Qurban Qurbanov namizəd oldu

0

“Qarabağ" klubu martın 11-də AFFA-nın İcraiyyə Komitəsinə keçiriləcək seçkilərə öz namizədini müəyyənləşdirib.

Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə,  “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovdur.

Klubun yaydığı məlumatda bunlar bildirilir: " Azərbaycan futboluna həm futbolçu, həm də baş məşqçi kimi çox böyük töhvələr vermiş və daha da böyük uğurlar qazanacağına inandığımız baş məşqçi Qurban Qurbanovun ölkə futbolu üçün səmərəli olacağını düşünərək İcraiyyə Komitəsinə namizədliyini irəli sürürük".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar