Millimizin Avropa Super finalındakı rəqibləri müəyyənləşdi
0
0
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Super finalındakı rəqibləri və oyunlarının təqvimi bəlli olub.
APA-nın məlumatına görə, yığma Bolqarıstan, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda mübarizə aparacaq.
Bu mərhələnin oyunları sentyabrın 5-dən 8-dək Portuqaliyanın Fiqueyra şəhərində keçiriləcək. Milli sentyabrın 5-dəki ilk qarşılaşmada Bolqarıstanla üz-üzə gələcək. Ertəsi gün Rumıniya ilə qarşılaşacaq komanda ayın 7-də Çexiyanı sınağa çəkəcək. Hər üç görüş Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.
0
0