Türkiyə Futbol Federasiyasının nizam-intizam komitəsi iclası keçirilib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, keçən həftə keçirilən “Qalatasaray”- “Trabzonspor” qarşılaşmasında hakim Dəniz Atəş Bitnelə qırmızı kart göstərən Salih Dursuna 3 oyunluq cəza və 13 min TL pul cəzası verilib.
Komitə həmçinin “Trabzonspor”un digər qırmızı vərəqə alan futbolçuları Aykut Dəmirə 3 oyun, Cavanda isə 2 oyunluq cəza verib.
Qeyd edək ki, keçən həftə Türkiyə Super Liqasının 22 tur çərçivəsində İstanbulda keçirilən “Qalatasaray”- “Trabzonspor” qarşılaşmasında hakim Dəniz Atəş Bitnel tərəfindən qonaqlara 4 qırmızı vərəqə verilib. Qarşılaşma “2-1” ev sahiblərinin xeyrinə başa çatıb.