Səudiyyə Ərəbistanına getməkdən  imtina etdi
20 iyun 2023 15:29 (UTC +04:00)

Səudiyyə Ərəbistanına getməkdən imtina etdi

0

"Liverpul"un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard Səudiyyə Ərəbistanının "Əl İttifaq" klubunun baş məşqçisi postundan imtina etdiyini etiraf edib.

“Media mənim haqqımda çox danışır, hər şey doğru deyil. Potensial təklifi qiymətləndirmək üçün Səudiyyə Ərəbistanına dəvət olundum. Bu variantı bir neçə gün təhlil etdim. Hazırda deyə bilərəm ki, bu təklifi qəbul etməyəcəyəm”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Cerrard vurğulayıb.

Xatırladaq ki, mütəxəssis daha əvvəl Şotlandiya çempionu olan “Reyncers”i və İngiltərənin “Aston Villa”nı çalışdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1680

Oxşar yazılar