Qvardiola öz yerinə baş məşqçi seçdi
21 oktyabr 2023 09:42 (UTC +04:00)

Qvardiola öz yerinə baş məşqçi seçdi

0

“Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola “Brayton”a rəhbərlik edən Roberto De Zerbini davamçısı kimi görür.

Lent.az xarici mediaya istinadla bildirir ki, ötən mövsüm Premyer Liqanın 32-ci turunun “Brayton”-“Mançester Siti” matçından sonra Qvardiola rəqibin əvəzedici heyətinin yanından keçərək “Qağayılar”ın üç oyunçusuna müraciət edib.

Belə ki, o, başını De Zerbiyə işarə edərək, “Bu, Mançester Siti-nin növbəti meneceridir”, deyib.

Xatırladaq ki, De Zerbi ötən ilin sentyabrından “Brayton”u, Qvardiola isə 2016-cı ilin yayından “Mançester Siti”ni çalışdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3769

Oxşar yazılar