Qadın futbolçulardan ibarət İngiltərə millisi Avropa çempionu oldu - İLK DƏFƏ
31 iyul 2022 23:18 (UTC +04:00)

Qadın futbolçulardan ibarət İngiltərə millisi Avropa çempionu oldu - İLK DƏFƏ

0

Qadın futbolçulardan ibarət İngiltərə millisi Avropa çempionu olub.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, İngiltərənin ev sahibliyi etdiyi çempionatın finalında yerli komanda ilə Almaniya milisi üz-üzə gəlib.

Londondakı "Uembli" stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İngiltərə millisinin heyətində Ella Tun, rəqib komandadan isə Lina Maqull fərqləniblər.

Qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Belə ki, matçın 111-ci dəqiqəsində ingiltətəli futbolçu Kloi Kelli komandasının qələbə topunu vurub.

Beləliklə, görüş İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb və komanda tarixində ilk dəfə qitə çempionu olub.

Qeyd edək ki, yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2005

Oxşar yazılar