Peşəkar karyerasında  1000-ci oyununu   keçirdi
16 oktyabr 2023 18:21 (UTC +04:00)

Peşəkar karyerasında 1000-ci oyununu keçirdi

0

"Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç peşəkar karyerasında 1000-ci oyunda çıxış edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Xorvatiya millisinin kapitanı oktyabrın 15-də Avro-2024-ün seçmə mərhələsində Uelslə oyunda (1:2) start heyətində yer alıb. Bu qarşılaşma 38 yaşlı xorvatiyalının karyerasında yubiley – 1000-ci oyun olub.

Modriç karyerası ərzində "Real"da bütün oyunların demək olar ki, yarısını keçirib - 497. Yarımmüdafiəçi həmçinin Xorvatiya millisində 170, "Tottenhem"də 160, Zaqreb "Dinamo"sunda isə 130 oyuna çıxıb. Karyerasının əvvəlində Modriç icarə əsasında “Zrinjski Mostar” və “İnter Zapresiç” klublarında daha 43 oyun keçirib.

Uels (1:2) və Türkiyədən (0:1) məğlub olan Xorvatiya yığması D qrupunda üçüncü pilləyə düşüb, Avropa çempionatına vəsiqə probleminin həllini çətinləşdirib. Xorvatlar Avro-2024-ə qalan vəsiqə uğrunda uelslilərlə mübarizə aparacaq. Noyabrda baş tutacaq final seçmə oyunlarında Xorvatiya səfərdə Latviya, evdə Ermənistanı qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3533

Oxşar yazılar