Konqo Demokratik Respublikasının gənclərdən ibarət qadın yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsi ərəfəsində problemlə üzləşib.
Lent.az xarici mediaya istinadla bildirir ki, qızlar Konqo futbol federasiyası otellərinin pulunu ödəyə bilmədikdən sonra gecəni Kamerunun paytaxtı Yaunde küçələrində keçirmək məcburiyyətində qalıblar.
“Qadın futbolunu maliyyələşdirmək üçün nəzərdə tutulan pulun harada olduğunu düşünürsən”, - Beynəlxalq peşəkar futbolçular birliyinin baş katibi Jonas Baer-Hoffmann qəzəblənib.
Səhər küçədəki qızlar bir məşq ediblər və oyuna gediblər. Möcüzə baş verməyib. Konqo Demokratik Respublikasını 5:0 məğlub edən Kamerun növbəti seçmə mərhələyə adlayıb.
Xatırladaq ki, Milli Qadın Futbolu Liqası məşqçilərdən birinin cinsi qalmaqalı səbəbiylə bu həftə sonu bütün oyunların ləğv edildiyini açıqlayıb. O, artıq işdən çıxarılıb, amma olay bununla bitmir.