"Milan"ın hücumçusu İsveçdə  itkin düşüb
19 oktyabr 2023 15:08 (UTC +04:00)

"Milan"ın hücumçusu İsveçdə itkin düşüb

0

İsveçin "Norçepinq” klubunda icarə əsasında çıxış edən "Milan"ın hücumçusu Emil Robak itkin düşüb. 

Lent.az bildirir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.

Qohumları və klub nümayəndələri futbolçunun son 14 gündə harada olması barədə heç nə bilmir. Futbolçu məşqə gəlmir və onunla əlaqə saxlamaq mümkün deyil.

“Mən onunla bağlı hər şeyin qaydasında olub-olmadığını bilmək istəyirəm. Onunla əlaqə saxlaya bilməməyimiz məni narahat edir, amma başqa nə edə biləcəyimizi bilmirəm. Dəfələrlə ona zəng vurmağa çalışsam da, mümkün olmayıb. Onun qayıdacağına ümidimi itirmirəm", - “Norçepinq”in idman direktoru Toni Martinsson deyib.

“Milan”ın “Norçepinq”lə icarə müqaviləsi noyabrın əvvəlində başa çatır və bundan sonra 20 yaşlı futbolçu İtaliya komandasına qayıtmağa borcludur. Bu mövsüm o, İsveç çempionatında 3 oyun keçirib və məhsuldar olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7020

Oxşar yazılar