"İnter Mayami"nin hücumçusu Lionel Messi 2024-cü il mövsümündə MLS-in yeddi oyununda iştirak edə bilməyəcək.
Lent.az bildirir ki, bu barədə “Daily Sport” nəşri xəbər verir.
Mənbənin məlumatına görə, ulduz argentinalı Amerika Kuboku albiselestedə iştirak etdiyi üçün komandasının “Tsinsinnati”, “Şarlotta”, “Neşvilla”, “Kolambus Kryu” və “Filadelfiya” ilə oyunlarını buraxacaq.
Turnir 2024-cü il iyunun 20-də başlayacaq. Final iyulun 14-nə təyin edilib. MLS FİFA ilə razılaşmadığından Amerika çempionatının görüşləri eyni vaxtda baş tutacaq.
Xatırladaq ki, növbəti MLS mövsümü 2024-cü il fevralın 21-də başlayacaq.