"Qalatasaray"ın futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara sosial şəbəkədəki səhifəsində tez-tez paylaşımları ilə gündəmə gəlir.
Lent.az-ın xarici KİV-ə istinadla bildirdiyinə görə, Vanda Nara bu yaxınlarda əri Mauro İkardinin karyera planını açıqlayıb.
“Qalatasaray” azarkeşlərinin sevgilisi Mauro İkardinin şəxsi həyatı və həyat yoldaşının paylaşımları da gündəmdədir. Daha əvvəl argentinalı hücumçunun həyat yoldaşı Vanda Nara “İstanbulda evimiz” qeydi ilə dəbdəbəli villalarını paylaşaraq diqqət çəkmişdi.
Göktürkdəki lüks villasına köçən İkardinin evinin aylıq kirayəsinin 30 min avro olduğu və evlə bağlı bəzi detalların gündəmdə olduğu öyrənilib.

Sosial mediada verdiyi pozlarla tez-tez gündəmə gələn məşhurun 5 uşaqlı estetiksiz görüntüləri onu illər əvvəl görənləri təəccübləndirib və Naranın bu görüntüləri qısa zamanda sosial mediada minlərlə qınağa səbəb olub.
Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara indi ərinin karyera həyatı ilə bağlı mühüm açıqlamalar verib.
Mauro İkardinin həyat yoldaşı Wanda Nara "Oggi" jurnalına açıqlama verib. Səudiyyə Ərəbistanından aldıqları təkliflərə toxunan Nara karyerasını bitirdikdən sonra İkardinin planını açıqlayıb.

“Mauro ilə aramızda heç vaxt ayrılıq və ya xəyanət olmayıb, hər şey məndən asılı olsaydı, onunla min dəfə daha evlənərdim.
Mauro futbolu tərk edəndə biz Milan-Ticinodakı bağ evimizdə yaşayacağıq. Mauro indi “Qalatasaray”dadır, burada çox xoşbəxtdir, biz isə İstanbuldayıq və çox xoşbəxtik”.
“Uşaqlarımla bacardığım qədər çox vaxt keçirirəm, onları dayəsiz böyütməkdən xoşbəxtəm.
Mauro və mən daha az acgöz olduq. "O, bu yay ona daha çox pul qazandıracaq kluba gedə bilərdi, amma biz İstanbulda qaldıq və orada çox xoşbəxtik".

"Mən Mauronun maaşının əla olduğunu deyirəm. Biz Parisdə yaşayırdıq və indi İstanbuldayıq: iki böyük və möhtəşəm şəhər”.
Vanda Nara xəstəlik prosesi ilə bağlı bunları deyib: "Xəbəri alanda Mauro futbolu buraxmağı düşündü, evdə ağlayırdı. Anam 3 ay mənimlə qaldı.
Övladlarımdan biri xalasına zəng edib ağladı ki, anam ölür, mənə niyə demirsən? Argentina mətbuatı bu dövrdə çox qəddar idi”.