Bundesliqada mövsümün futbolçusu  məlum oldu
01 avqust 2022 08:45 (UTC +04:00)

Bundesliqada mövsümün futbolçusu məlum oldu

0

“Leypsiq”in hücumçusu Kristofer Nkunku Almaniya Bundesliqasında 2021/22 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, səsvermə yerli jurnalistlər arasında aparılıb.

Fransalı forvard 134 səslə birinci olub. Nkunku bu yay “Barselona”ya keçən sabiq “Bavariya”lı Robert Levandovskini (128) 6 səs qabaqlayıb. Üçüncü yerdə “Ayntraxt”ın qapıçısı Kevin Trapp (65) qərarlaşıb.

Ən yaxşı məşqçi adını 276 səslə “Frayburq”un çalışdırıcısı Kristian Ştrayx qazanıb. Onun komandası ötən mövsüm Konfrans Liqasına vəsiqə verən 6-cı yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2076

Oxşar yazılar