Avropa çempionu  FACİƏLİ şəkildə   öldü
23 oktyabr 2023 17:31 (UTC +04:00)

Avropa çempionu FACİƏLİ şəkildə öldü

0

Kayseridə avtomobilin arxadan yük maşınına çırpılması nəticəsində həyatını itirən 21 yaşlı Buket Kayanın Uşu Kung Fu növü üzrə Avropa çempionu milli idmançı olduğu üzə çıxıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qəza oktyabrın 22-də saat 23.30-də Melikqazi rayonu, Gökkent məhəlləsi, Nalçık bulvarı ərazisində baş verib. R.O.nin idarə etdiyi 50 ADC 978 dövlət nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkətdə olub. O, K.Ö.nün idarə etdiyi 03 ABN 358 dövlət nömrə nişanlı, kartof yüklü yük avtomobilini arxadan vurub. Ətrafdakıların xəbəri ilə  əraziyə polis və sağlamlıq qrupları gəlib. Avtomobildə olan Buket Kayanın öldüyünü müəyyən ediblər. Yaralı R.Ö. ilə M.T. Kayseri şəhər Xəstəxanasına aparılıb. Yük maşını sürücüsü K.Ö. nəzarətə götürülüb və qəza ilə bağlı araşdırmalara başlanılıb. 

Digər tərəfdən dünyasını dəyişən Buket Kayanın Uşu Kung Fu üzrə Avropa çempionu milli idmançı olduğu üzə çıxıb. Kayanın 2019-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilən Uşu Kung Fu üzrə 5-ci Avropa Çempionatında qızıl medal qazandığı, keçən ilin oktyabrında isə Balkan çempionu olduğu öyrənilib. Bildirilib ki, Kayanın Kik Boks üzrə Türkiyə çempionlukları da var. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5384

Oxşar yazılar