Avropa çempionatları tarixinin bombardiri - Kriştiano Ronaldo
15 iyun 2021 21:54 (UTC +04:00)

Avropa çempionatları tarixinin bombardiri - Kriştiano Ronaldo

0

AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Macarıstanla keçirilən oyun Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun daha bir rekordu ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bunu qol vurmaqla həyata keçirib.

Hazırda davam edən qarşılaşmanın 86-cı dəqiqəsində hesabı 2:0 edən CR7 qatıldığı 5-ci Avropa çempionatında vurduğu ümumi qol sayını 10-a çatdırıb. Bununla əfsanəvi fransalı Mişel Platiniyə məxsus rekordu qıran Ronaldo qitə birinciliklərinin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

Qeyd edək ki, karyerasını davam etdirənlər arasında Ronaldoya ən yaxın olan futbolçu Antuan Qrizmanndır. Fransa millisinin üzvünün aktivində 6 top var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1734

Oxşar yazılar