Almaniya yığmasına 26 futbolçu yığılır
06 oktyabr 2023 14:21 (UTC +04:00)

Almaniya yığmasına 26 futbolçu yığılır

0

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann yığmanın toplanışında iştirak edəcək futbolçuların siyahısı ilə bağlı qərar verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Almaniya millisinin mətbuat xidməti 26 futbolçunun siyahısını Twitter-də dərc edib.

Almaniya millisinin tam siyahısı:

Qapıçılar: Baumann, Leno, ter Stegen, Trapp.

Müdafiəçilər: Gosens, Hummels, Raum, Rudiger, Sule, Ta, Tschau.

Yarımmüdafiəçilər: Andrich, Brandt, Furich, Goretzka, Gross, Gundoğan, Hofmann, Kimmich, Musiala, Zane, Virtz.

Hücumçular: Behrens, Füllkrug, Havertz, Muller.

Bu ay Almaniya yığması ABŞ və Meksika milliləri ilə iki yoldaşlıq oyunu keçirəcək. Yulian Nagelsmannın komandası bununla da Almaniyanın futbol meydançalarında keçiriləcək 2024-cü il Avropa çempionatına hazırlığı davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2885

Oxşar yazılar