Afrika Kubokunda  FACİƏ:   Azarkeşlər ayaq altında qalıb öldü  -  VİDEO
25 yanvar 2022 19:46 (UTC +04:00)

Afrika Kubokunda FACİƏ: Azarkeşlər ayaq altında qalıb öldü - VİDEO

0

Kamerunda dəhşətli hadisə - yerli komandanın Komor adaları ilə oyunundan əvvəl 8 azarkeş həlak olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Kamerunun paytaxtı Yaunde şəhərində keçirilən Afrika Kubokunun 1/8 final mərhələsinin Kamerun və Komor milli komandaları arasında keçirilən oyundan əvvəl stadionun girişində dəhşətli basabas yaşanıb.

Azarkeşlər arenaya soxulmağa çalışıb, mühafizəçilər onları saxlaya və asayişi bərpa edə bilməyib. Bəzi insanlar huşunu itirərək yıxılıb, bəziləri onların üstünə çıxıb.

Nəticədə ən azı 8 nəfərin öldüyü bildirilir. 

Kamerun - Komor oyunu faciəyə baxmayaraq, ləğv edilməyib. O, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.



 

Afrika Kubokunda faciə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2096

Oxşar yazılar