Yol polisini döyən Azərbaycan vətəndaşı həbs olundu
05 fevral 2026 10:28 (UTC +04:00)

Yol polisini döyən Azərbaycan vətəndaşı həbs olundu

0

Rusiyanın Sankt-Peterburq şəhərində yol polisini döyən azərbaycanlı həbs olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, həbs qərarı Krasnoqvardeyski rayon məhkəməsi tərəfindən verilib.

Qeyd olunur ki, M. Həsənov DYP müfəttişinə yumruq zərbəsi ilə ağır xəsarət yetirib. Nəticədə yol polisi üçün cərrahi əməliyyat zəruri olub.

İstintaqın versiyasına görə, Həsənov narkotik maddələrin təsiri altında olub və Şaumyan prospektində yol polisi əməkdaşını baş nahiyəsindən yumruqla vurub. 33 yaşlı Azərbaycan vətəndaşı bu hərəkətləri ilə daxili işlər orqanlarının normal fəaliyyətini pozub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar