Xədicə İsmayılın məhkəməsi təxirə salınıb
29 oktyabr 2015 15:17 (UTC +04:00)

Xədicə İsmayılın məhkəməsi təxirə salınıb

0

 

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın apellyasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən proses təxirə salınıb. Hakim bildirib ki, ilkin baxış iclasının qərarını X. İsmayılova alıb. İ. Murquzov məhkumun həmin qərardan bir ay müddətinə kassasiya şikayəti verə biləcəyini qeyd edib, Həmin müddət bitmədiyinə və Xədicə İsmayılova tərəfindən kassasiya şikayəti verilmədiyinə görə, proses noyabrın 19-dək təxirə salınıb.

Xatırladaq ki Baş Prokurorluğun yaydığı məlumata görə, “Azadlıq Radiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib. Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Xədicə İsmayıl 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hökmlə razılaşmayaraq, apellyasiya şikayəti verib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar