Sürücülərə şad xəbər: Bakı-Şamaxı-Yevlax magistralı 4 zolaqlı olur
30 oktyabr 2013 11:09 (UTC +04:00)

Sürücülərə şad xəbər: Bakı-Şamaxı-Yevlax magistralı 4 zolaqlı olur

0

Bakı-Şamaxı-Yevlax yolunun 15-45 kilometr hissəsinin dörd zolaqlı yola genişləndirilməsi layihəsi sürətlə davam edir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yolun 30 kilometrlik hissəsində əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəli, dörd zolağa çatdırılması hazırda davam etdirilir. Yol boyu 4 avtobus dayanacağı, 1 yerüstü, 1 yeraltı piyada keçidi, 34 dairəvi, 8 düzbucaqlı borunun tikintisi nəzərdə tutulub. Yolun 10 km hissəsinə 2 qat asfalt-beton örtük döşənib. Hazırda  26 km hissədə torpaq işləri, boruların və heyvan keçidlərinin tikintisi həyata keçirilir. Tikinti işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1516

Oxşar yazılar