Suriyada döyüşən azərbaycanlıların məhkəməsi başlayıb
29 sentyabr 2015 11:22 (UTC +04:00)

Suriyada döyüşən azərbaycanlıların məhkəməsi başlayıb

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən İsmayıllı rayon sakini 1988-ci il təvəllüdlü Telman Bəkirov və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Mübariz Tağıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı oktyabrın 6-ya təyin olunub.

 

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda və döyüşməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu şübhəli şəxs qismində tutulub.

 

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.Qaragözov Aydın Nadir oğlu, Ramizzadə Hafiz Ruslan oğlu, Bəkirov Telman Əvəz oğlu, Tahirov Mübariz Əmən oğlu, Qasımov Cavid Rabil oğlu, Vəlizadə Fəzail Etibar oğlu və Məmmədov Tural Fazil oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 521

Oxşar yazılar