Sevinc Babayevanın qeyri-rəsmi əri ifadə verdi
04 noyabr 2013 13:34 (UTC +04:00)

Sevinc Babayevanın qeyri-rəsmi əri ifadə verdi

0

Məhkəmə prosesində ifadə verən mərhum Sevinc Babayeva ilə qeyri-rəsmi münasibətdə olmuş şahid Vidadi Qədirov bildirib ki, 1998-2004-cü illərdə S.Babayeva ilə münasibətləri olub: “Biz bir yerdə yaşayırdıq. Ona qızıl-zinyət əşyaları, pal-paltar alırdım. Hətta Sevincə maşın da almışam. 2004-cü ildə isə bir dost kimi ayrıldıq. Bundan sonra Sevincin imkanları xeyli artdı. O özü mənə deyirdi ki, imkanının artmasında Elşad Abdullayevin rolu böyük olub, ona minnətdardır”.

 

Şahid deyib ki, G.Əhmədova ilə heç vaxt münasibəti olmayıb və onu şəxsən tanımır: “Məlum videoları da internetdə gördüm. Bundan sonra isə Ayxanla əlaqə saxladım. Sevinc özü də mənə zəng eləmişdi. Ancaq məni İstanbuldan yığdığını bilmirdim. Məndən xahiş edirdi ki, onun qeyri-leqal şəkildə Azərbaycana qayıtmasına kömək edim. Sonradan bildim ki, onun sənədi olmadığı üçün belə deyirmiş. Ona dəfələrlə dedim ki, qorxma, gəl, burda ifadəni ver, səni həbs etməzlər. Bir-iki gün saxlayıb buraxarlar”.

 

Onun sözlərinə görə, 2004-cü ildən sonra S.Babayeva ilə tez-tez görüşməsə də, mütəmadi olaraq bir-biri ilə əlaqə saxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3166

Oxşar yazılar