Rusiyada narkotikə görə tutulan şəxs Azərbaycana ekstradisiya edildi, cəzası azaldıldı
30 oktyabr 2015 14:57 (UTC +04:00)

Rusiyada narkotikə görə tutulan şəxs Azərbaycana ekstradisiya edildi, cəzası azaldıldı

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilən Natiq Əliyevin işinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə (narkotik maddələrin qanunsuz dövriyyəsi) təqsirləndirildiyi bildirilib.  O, həmin maddə ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasına Azərbaycanda çəkmək üçün müraciət edib və Azərbaycana ekstradisiya olunub.

 

Hakim Zeynal Ağayev Natiq Əliyevə verilən ittihamı qüvvədə saxlayıb. Onun cəzası Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3 ( külli miqdarda qanunsuz narkotik maddə) maddəsi ilə tənzimlənib. Cəzası 9 il 9 ay təyin olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 568

Oxşar yazılar