Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.
Lent.az-ın məlumatına görə, jurnalistin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.