"Sandığa qoyub yandırdım" -<span style="color:red;"> MƏHKƏMƏ ZALINDAN
23 sentyabr 2015 15:06 (UTC +04:00)

"Sandığa qoyub yandırdım" - MƏHKƏMƏ ZALINDAN

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  polisi qətlə yetirərək, yandırmaq da  təqsirləndirilən Ravil İbayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

 

R.İbayev ifadəsində bildirib ki, Muxtar Kazımzadəni öldürdükdən sonra sandığa qoyub.

"Muxtarı öldürdükdən sonra  tanışım Rəşad İsmayılzadədən mənə sandıq tapmasını istədim. Sandığı evə apardıq.  Digər bir tanışım olan Elgünü aldadaraq dedib ki, dayımın əşyalarını Mərdəkana aparmaq lazımdı. Onun “Ford” markalı yük avtomobili vardı. Mən onunla maşınımı dəyişdim.  Sonra həmin avtomobillə Türkana gəldim. Muxtarı sandıq qarışıq boş ərazidə yandırdım. Sandığın qıfılını da yox elədim ki, heç kim tapmasın”.

Məhkəmə prosesi sentyabr 30-a təyin edilib.

Qeyd edək ki, bu il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkarlanıb. Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalar nəticəsində meyitin İmişli Rayon Polis Şöbəsinin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalar zamanı o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə  İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutularaq dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar