Qonşusunun gözünü çıxardıb öldürənin məhkəməsi başladı -<span style="color:red;"> TƏFƏRRÜAT
29 oktyabr 2015 17:43 (UTC +04:00)

Qonşusunun gözünü çıxardıb öldürənin məhkəməsi başladı - TƏFƏRRÜAT

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə  təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktını elan edib. M.Səttarov özünü qismən təqsirli hesab eləsə də, X.Şirinov isə özünü günahkar bilməyib.

 

 

Məhkəmə prosesi  noyabrın 5-də davam edəcək

 

 

Qeyd edək ki, hadisə 2014-cü ilin noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində baş verib. 1991-ci il təvəllüdlü İsmayılov Nihad Məmmədqiyas oğlu aralarında olan narazılığı aydınlaşdırmaq məqsədi ilə qonşusu, 1963-cü il təvəllüdlü Səttarov Mirələkbər Vəli oğlunun evinə gedib.

 

Mirələkbər Səttarovun həyat yoldaşı da hadisənin şahidi olub: "Mən çıxdım bayıra gördüm ki, yoldaşım əlində bıçaq onu vurur. Cox idilər. Hərəsinin əlində bir bıçaq vardı".

 

İlkin araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən Nihat Məmmədqiyasov bir neçə nəfərlə qonşusunun evinə gəlib. Küçəyə çıxan  Mirələkbər  Səttarov əvvəlcə bıçaqla onun gözünə, daha sonra isə bel nahiyəsinə zərbə endirib. Xəsarət alan şəxs 3 saylı kliniki xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Sabunçu RPİ 12-ci polis bölməsinin keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Mirələkbər Səttarovla bərabər,  hadisədə iştrak edən 1990-cı il təvəllüdlü Şirinov Xətai Sülhəddin oğlu da bölməyə aparılıb. Ailə üzvlərinin sözlərinə görə, 4 ay əvvəl  hadisəni törədən Miələkbər Səttərovun kiçik oğlu arada yaranan münaqişə  nəticəsində bıçaqlanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar