Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Kamran Həsənov və Asəf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən K. Həsənov 9 il, A. Həsənov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib.