Narkotik satanın məhkəməsi başladı
21 sentyabr 2015 14:00 (UTC +04:00)

Narkotik satanın məhkəməsi başladı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən Ağayev Nicat Yaşar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin prosesi sentyabrın 28-də davam edəcək
 

Qeyd edək ki, N.Ağayev Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.2-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar