Magistral yolda 2 qadını avtomobil vurub
11 fevral 2016 10:16 (UTC +04:00)

Magistral yolda 2 qadını avtomobil vurub

0

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Bakı-Ələt magistralının 69-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili 1951-ci il təvəllüdlü Hacıyeva Gülsarə Əlisa qızını vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

 

Oxşar Hadisə Balakən rayonunda da, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralının 150-ci kilometrliyində baş verib. "VAZ 2106" markalı avtomobil 1946-cı il təvəllüdlü Bayramova Pirdaş Məcid qızını vurub. Piyada xəstəxanaya yerləşdirilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar