İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsini təxirə düşdü
25 fevral 2016 15:38 (UTC +04:00)

İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsini təxirə düşdü

0

Şəki Apellyasiya Məhkəməsində  “REAL” hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə baxışı iclası təxirə düşüb.

 

Lent.az-ın məlumatına görə,  prosesdə hakim bildirib ki, cinayət işi üzrə daha bir zərərçəkmiş şəxs müəyyən edilib. Baxış Kəsər adlı Türkiyə vətəndaşı ölkəsindən məhkəməyə teleqram vuraraq prosesə gələ bilmədiyini bildirib.

 

Baxış Kəsərin İsmayıllı hadisələri zamanı paltosunun yandığı açıqlanıb. Onun indiyə kimi şikayət etmək imkanı olmadığından bir qədər öncə məhkəmə müraciət edib. B. Kəsərin məhkəməyə göndərdiyi teleqramda mənəvi sarsıntı keçirdiyi bildirilib.

 

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində barələrində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

 

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

İ. Məmmədov və Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə, həbs olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar