Bakı-Qazax yolunda yük maşını aşdı, ölən var - <span style="color:red;">HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR   - YENİLƏNİB
12 mart 2016 13:05 (UTC +04:00)

Bakı-Qazax yolunda yük maşını aşdı, ölən var - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR - YENİLƏNİB

0

"Azəravtoyol"ASC Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində baş vermiş ağır avtomobil qəzası ilə bağlı məlumat yayıb. Lent.az ASC-yə istinadən xəbər verir ki, “KamAZ” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcındakı əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb. Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 8 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib. Hazırda qəzanın fəsadları “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

 

*****

 

Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 105-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb.

 

KAMAZ markalı 22 BC 360 dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib.

 

Avtomobildə  meyiti sıxılmış sərnişini FHN-in Hacıqabul Yanğından mühafizə xidmətini xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar