"Meydan TV"-nin həbs edilən əməkdaşının evində axtarış aparılıb
18 sentyabr 2015 17:07 (UTC +04:00)

"Meydan TV"-nin həbs edilən əməkdaşının evində axtarış aparılıb

0

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətlər Baş İdarəsi əməkdaşları jurnalist Şirin Abbasovun evində axtarış aparıb. Bu barədə Lent.az-a jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

 

Vəkil bildirib ki, heç bir xəbər verilmədən Şirin Abbasovun yaşadığı mənzildə axtarış aparılıb. Axtarış zamanı bir stolüstü kompyuter, 2 fotoaparat və 1 noutbook götürülüb.

 

Elçin Sadıqov  hüquqlarını müdafiə etdiyi Şirin Abbasovla görüşə bilmədiyini bildirib: “Müraciət etsəm də, hələ müraciətimə  cavab ala bilməmişəm. Axtarış haqqında bizi məlumatlandırmayıblar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar