Dələduzluqda təqsirləndirlənlər məhkəmə qarşısında
21 sentyabr 2015 15:13 (UTC +04:00)

Dələduzluqda təqsirləndirlənlər məhkəmə qarşısında

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feyruz Məmmədov və Alqış Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı sentyabrın 29-na təyin edilib.

 

Qeyd edək ki, F. Məmmədov və A.Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə şübhəli bilinərək saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 229

Oxşar yazılar