Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə qarşısında...
23 sentyabr 2015 13:41 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə qarşısında...

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeh Məmmədovun cinayət işi üzrə məhkəməyə start verilib.

 

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı oktyabrın 7-nə təyin edilib.

 

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin iyul ayından Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Valeh Məmmədov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar