Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəsisinə narkotik maddə gətirməkdə təqsirləndirilən Nazim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində narkotik maddə olan heroini öz şəxsi istifadəsi üçün istədiyini bildirib. “Qardaşım Adəmə dedim ki, bacımgildə çanta var, onu mənim yanıma gətir. O gətirdi. Yoxlanış zamanı içindən narkotik-maddə heroin aşkarlandı. Qardaşımın heç nədən xəbəri olmayıb. Ona demişdim ki, həmin çantada paltar və yemək var. Yazığın heç nədən xəbəri yoxdur”.
Şahid qismində ifadə verən Daşqın Zeynalov bildirib ki, təqsirləndirilən şəxs görüşdə olarkən onun yanına gələn qardaşı Adəm Ağayevin gətirdiyi sovqata baxış keçirilib. Şahidin sözlərinə görə, sovqatda 2 qram narkotik maddə - heroin aşkarlanıb.
Məhkəmədə ifadə verən polis işçisi bildirib ki, məhkumun yaşadığı evə də axtarış aparılır. Axtarış zamanıda məhkumun qeydiyyatda olduğu ünvandan 2 qram heroin tapılıb.
Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, Nazim Ağayev Şüvəlanda olan olan cəzaçəkmə müəssisində məhkumluq həyatı yaşayır. Məhkumun görüşünə gələn qardaşı Adəm Ağayevin gətirdiyi sovqata baxış keçirilərkən narkotik maddə-heroin aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.1( qanunsuz narkotik maddə) və 317 ( cəzaçəkmə müəəsində daxili qaydanı pozma) maddələri ilə cinayət işi başlanılıb.