Baş Mühafizə İdarəsinin keçmiş əməkdaşına hökm oxundu
05 noyabr 2015 13:38 (UTC +04:00)

Baş Mühafizə İdarəsinin keçmiş əməkdaşına hökm oxundu

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mobil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının ökmü ilə M.Süleymanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Mobil Süleymanov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. O,  Baş Mühafizə İdarəsinin (BMİ) keçmiş əməkdaşı olub. M.Süleymanov Qəşəm Əliyev və Almaz Zeynalovanın etibarını qazanaraq, onlardan ümumilikdə 14 min manat pul alıb. Təqsirləndirilən şəxs Q.Əliyev və A.Zeynalovanın oğlunu BMİ-nə işə düzəldəcəyinə söz versə də,  bu vədini yerinə yetirməyib.

 

Məhkəmə zamanı təqsirləndirilən şəxs zərərçəkənlərə dəymiş ziyanı tam ödəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar