Oktyabrın 30-na keçən gecə Bakıda 8 yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, yol qəzaları nəticəsində 3 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ölümlə nəticələnən qəzalar paytaxtın Suraxanı, Qaradağ və Nərimanov rayonlarında qeydə alınıb. Suraxanıda motosiklet mikroavtobusla toqquşub. Motosikletçi hadisə yerindəcə ölüb. Nərimanov və Qaradağda isə piyadalar yol qəzasının qurbanı olub.
Hər bir fakt üzrə araşdırmalar aparılır.