Bakıda naməlum kişi meyiti tapılıb. Lent.az-ın məlumatına görə, Nizami rayonu Bəhruz Nuriyev küçəsində binaların arasında yerləşən parkda 40-45 yaşlı kişiyə məxsus meyit tapılıb. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkarlanmayıb.
Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Faktla bağlı ekspertiza təyin edilib, araşdırma aparılır.