Bakıda orta məktəbdə yanğın söndürülüb
23 may 2016 10:15 (UTC +04:00)

Bakıda orta məktəbdə yanğın söndürülüb

0

 

 

Bakının Xətai rayonunda orta məktəbdə baş vermiş yanğın söndürülüb.

 

Lent.az-ın məlumatına görə, 95 saylı orta məktəbin birinci mərtəbəsində başlayan yanğın ümumilikdə 30 kvadrat metr ərazini əhatə edib. Nəticədə otaqdakı mebellər və pəncərələr yanıb. Hadisə zamanı məktəbin bəzi sinif otaqlarına şagirdlərin daxil olmasına icazə verilməyib. 1 nəfər ayağından yüngül xəsarət alıb və ona hadisə yerində tibbi yardım göstərilib.

 

 

***

 

09:42

 

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın başlayıb.

 

APA-nın xəbərinə görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məktəbdəki şagird və müəllimlər təxliyə edilib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar