<b>Bakıda maşınla piyadanı öldürüb qaçdılar</b> - YENİLƏNİB
26 may 2016 12:19 (UTC +04:00)

Bakıda maşınla piyadanı öldürüb qaçdılar - YENİLƏNİB

0

Bakıda naməlum avtomobilin vurub öldürdüyü piyadanın adı məlum olub. Lent.az-ın məlumatına görə, mayın 25-də saat 02 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Şağan qəsəbə sakini Ruslan Əzimov vurulub və o, hadisə yerində ölüb.

 

Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

 

*****

 

10:59

 

Bakıda daha bir ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Xəzər rayonu Buzovna qəsəbəsində naməlum avtomobil 39 yaşlı kişini vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində vəfat edib.

 

Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə birgə qaçıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar