Bakı şəhərinin Səbail rayonu ərazisində foto-studiyadan xeyli miqdarda qiymətli əşyalar oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1960-cı il təvəllüdlü Qasımov Emil Mikayıl oğlu bununla bağlı müraciət edib. E.Qasımov bildirib ki, Teymur Elçin küçəsində yerləşən studiyanın nəfəsliyindən keçməklə orada olan 2000 manat dəyərində monitor, 800 manatlıq proyektor, 2 ədəd 250 manatlıq disk, 2 ədəd 1000 manat dəyəri olan noutbuk və play-station aparatı oğurlanıb.
Faktla bağlı araşdırmalar aparılır.