Daxili İşlər Nazirliyi dünən Bakıda baş vermiş qanlı hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 2-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Eldəniz Yusifov evində münaqişə zəminində arvadı Ceyhunəyə baş və boyun nahiyələrinə kəsici alətlə (bıçaq və baltanın arxa hissəsi ilə), sonra isə özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Araşdırma aparılır.
*****
2 may
Bu gün Bakıda qanlı hadisə baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində fərdi yaşayış evində yaşayan 45 yaşlı Eldəniz Yusifov bıçaqla həyat yoldaşı 37 yaşlı Ceyhuna Yusifovaya xəsarətlər yetirib. Xanımının öldüyünü düşünən şəxs daha sonra bıçaqla özünə də ağır xəsarətlər yetirib.
Hər iki şəxs ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.