Bu günlərdə Bakıda doğuş vaxtı körpənin ölümü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət daxil olub. Lent.az-ın məlumatına görə, ərizə ilə müraciət edən Cəfərova Əfsanə Həbib qızı bildirib ki, keçən ilin 30 oktyabr tarixində Respublika Perinatal Mərkəzində əkiz övlad dünyaya gətirərkən həkimlərin səhlənkarlığı ucbatından onlardan birini itirib.
Müraciət araşdırıldıqdan sonra fevralın 12-də faktla bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.